Bakıda narkotik satan şəxs yaxalanıb

09.09.2019 14:39

Narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan, əvvəllər məhkum edilmiş paytaxt sakini İlkin Yusufov Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, şəxsi axtarış zamanı ondan 0,318 qram heroin aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq İ.Yusufovun Nəsimi rayonu ərazisində yaşadığı evə baxış zamanı oradan 104,815 qram heroin və 5,292 qram metamfetamin aşkarlanaraq götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs narkotik vasitələri satış məqsədilə əldə edərək özündə saxlayıb.

Faktla bağlı İ.Yusufov barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

© xezerxeber.az


86 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR