Azərbaycanda DƏHŞƏTLİ QƏZA: 5 nəfər öldü

09.09.2019 10:22

İmişli rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Hadisə gecə saatlarında İmişli-Cəfərli-Əliqulular avtomobil yolunun Əliqulular kəndindən keçən hissəsində baş verib.

Qəza zamanı "Opel" markalı minik avtomobili yoldan çıxaraq su kanalına düşüb.

Hadisə nəticəsində avtomobildə olan 5 nəfərin öldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır (Report).

© xezerxeber.az


266 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR