Polis epilepsiya xəstəsinin həyatını xilas etdi - HEYDƏR ƏLİYEV PROSPEKTİNDƏ

08.09.2019 16:23

Kürdəmirdə polis yolda yıxılıb köməksiz vəziyyətdə qalmış şəxsin həyatını xilas edib.

Hadisə rayonun Heydər Əliyev prospektində baş verib.

Kürdəmir rayon Atakişili kənd sakini İsmayılov Ağasəf Ədalət oğlu yolu keçərkən halı pisləşib və yıxılaraq xəsarət alıb. Ətrafda olan insanların təcili tibbi yardım çağırmasına baxmayaraq, Ağasəf İsmayılov ərazidə xidmətdə olan Kürdəmir Rayon Polis Şöbəsinin bölmə rəisi Samir Məhərrəmovun rəhbərliyi ilə ərazidə xidmət aparan polis patrulunun avtomobilinə mindirilərək Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və xəstəyə ilk tibbi yardım göstərilib.

Qeyd edək ki, A.İsmayılov epilepsiya xəstəsidir.

© xezerxeber.az


114 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR