Oğurluq və soyğunçuluqla məşğul olan şəxslər yaxalanıblar

19.08.2019 15:43

Paytaxtda oğurluqla və soyğunçuluqla məşğul olan şəxslər saxlanılıblar.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 6-da rayon ərazisindəki mağazaların birindən 480 manat pul və mobil telefon oğurlamaqda şübhəli bilinən Sabirabad rayon sakini T.Hüseynova saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ildiriblər ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə iyunun 30-da rayon sakini olan bir qadına zor tətbiq edərək içərisində 50 manat və mobil telefon olan pul kisəsini soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Xırdalan şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Hüseynov yaxalanıb.

Hər iki faktla bağlı araşdırmalar davam edir.

© xezerxeber.az


112 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR