Sürücünün idarəetməni itirməsi piyadanın ölümü ilə nəticələnib

14.08.2019 10:19

Avqustun 13-də gecə saatlarında Sumqayıt şəhəri ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Quba avtomagistral yolunun Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Sumqayıt Şəhər Polis İdarəsindən xezerxeber.az-a bildirilib ki, qəza nəticəsində "Fiat Doblo” markalı avtomobilin sürücüsü idarəetməni itirərək yol kənarında duran 1940-cı il təvəllüdlü I qrup əlil Sübhanov Sabir Hüseyn oğlunu vurub. Qəza nəticəsində piyada ölüb.

Faktla bağlı araşdırma aparılır. (AZƏRTAC)

© xezerxeber.az


82 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR