“Binə” ticarət mərkəzində yanğın baş verib

13.08.2019 09:40

Binə ticarət mərkəzində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a bildiriblər ki, nazirliyin "112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində "Binə” ticarət mərkəzində mağazaların birində yanğın olması barədə məlumat daxil olub.

Dövlət Yanğın Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb.

Əlavə məlumat veriləcək.

© xezerxeber.az


100 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR