Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Suraxanıda yaşayış binasında yanğın baş verib

10.08.2019 10:27

Suraxanı rayonunda beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a bildiriblər ki, hadisə binanın 4-cü mərtəbəsində ümumi sahəsi 70 kvadratmetr olan 3 otaqlı mənzildə qeydə alınıb. Nəticədə mənzilin 1 otağı və mənzilin eyvanında dolab yanıb. Yüksək temperaturdan digər mənzilin eyvanının lambirindən ibarət üzlüyünün bir hissəsi yararsız hala düşüb. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

© xezerxeber.az

FOTOQALERIYA






218 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR