Bakıda minik avtomobili sərnişin avtobusu ilə toqquşub

09.08.2019 14:53

Bakıda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayevin verdiyi məlumata görə, Nəsib bəy Yusifbəyli küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində zəncirvari yol nəqliyyat hadisəsi baş verib. İlkin məlumata görə, qəza svetoforun qırmızı işığının tələbini pozan minik avtomobilinin 3 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun qarşısına çıxması səbəbindən baş verib.

Qəza nəticəsində sərnişin avtobusunda xəsarət alan olmayıb.

© xezerxeber.az


204 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR