Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Bakı-Sumqayıt yolunda baş verən qəzada 5 nəfər yaralanıb

08.08.2019 10:38

Bakı-Sumqayıt yolunun Xırdalan dairəsi adlanan ərazisində baş verən avtobus qəzası nəticəsində 5 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, qəza nəticəsində 50, 58, 41 yaşlı qadınlar və 59, 23 yaşlı kişilər olmaqla ümumilikdə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Respublika Klinik Xəstəxanasına müraciət edib.

Yaralılara lazımi tibbi yardımlar göstərilib və ambulator müalicəyə buraxılıblar.

Xatırladaq ki, bu gün səhər saatlarında Xırdalan dairəsi adlanan ərazidə turizm şirkətlərindən birinə məxsus avtobusla sərnişin avtobusunun toqquşması nəticəsində zəncirvari qəza baş verib.

Hadisə zamanı Bakı-Sumqayıt yolu bağlanıb, Xırdalan dairəsi ərazisində avtomobillərin tıxacı yaranıb.

© xezerxeber.az


93 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR