Sumqayıtda mənzildən qadın meyiti tapılıb

21.07.2019 16:11

Sumqayıtda mənzildən qadın meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən xezerxeber.az-a verilən məlumata görə, Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilə daxil olaraq orada aşkarlanan 1951-ci il təvəllüdlü Kazımova Zöhrə Məmməd qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

© xezerxeber.az


153 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR