Bakıda mopedlə vurulan piyada ölüb

12.07.2019 12:03

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xəzər rayonu, Şüvəlan qəsəbəsində Masallı rayon sakini, 1997-ci il təvəllüdlü Elvin Məmmədovun idarə etdiyi "Mondeal" markalı mobedlə piyada 1957-ci il təvəllüdlü Samonin Qriqori Pavloviçi vurub. Xəsarət alan şəxs 3 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq o, xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır. (APA)

© xezerxeber.az


90 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR