Aeroport ərazisində qəza - Yük maşını terminal binasına ziyan vurdu - FOTO

09.07.2019 13:59

Bu gün Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisində yol-nəqliyyat qəzası baş verib.

Baş vermiş yol-nəqliyyat qəzası nəticəsində sərnişin terminalının binasının konstruksiyasına ziyan dəyib.

İnsident zamanı 90-JU-147 qeydiyyat nişanlı yük maşını manevr zamanı Terminal 2-nin şüşə konstruksiyasına toxunub. Hadisə yerinə yol patrul xidməti dəstəsi çağırılıb, sürücüyə inzibati xəta haqqında protokol tərtib edilib.

Hazırda binaya vurulan ziyanın dəyəri qiymətləndirilir. (Trend)

© xezerxeber.az

FOTOQALERIYA






180 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR