Paytaxtda DƏHŞƏT: Gecə klubunda işləyən gənc qız qardaşı tərəfindən öldürüldü

27.06.2019 09:38

Bakıda qətl hadisəsi olub.

Hadisə Səbail rayonunda, Xaqani bağı ərazisində qeydə alınıb.

Pərvanə adlı 21 yaşlı qız (soyadı dəqiqləşdirilir -red) qardaşı tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb və cərrahi əməliyyat edilib. Lakin həkimlərin səyinə baxmayaraq, gənc qızın həyatını xilas etmək mümkün olmayıb. O, çoxlu qan itirmədən ölüb.

Məlumata görə, gənc qız Səbail rayonundakı gecə klublarının birində xidmətçi işləyirmiş.

Faktla bağlı araşdırma aparılır (Report).

© xezerxeber.az


160 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR