Bakıda mənzildən pul və 30 min manatlıq qızıl apardılar

25.06.2019 13:36

Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə Yeni Yasamal-1 yaşayış sahəsindəki mənzillərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.

XəzərXəbər xəbər verir ki, müraciətlə əlaqədar dərhal polis əməkdaşları həmin ünvana gəlib, müvafiq araşdırmalar aparılıb. Ev sahibi 210 manat pulunun və 30.000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Polis əməkdaşlarının "isti izlər”lə keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu cinayət əməlini törədən 2 nəfər qısa müddətdə müəyyən edilib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər də analoji cinayətə görə dəfələrlə məhkum olunmuş Mingəçevir şəhər sakini Nahid Soltanov və Bakı şəhər sakini Elvin Abbaslı 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


218 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR