Saxta 100-lüklər satan Cəlilabad sakinləri ələ keçdi

25.06.2019 12:04

Cəlilabad sakinlərindən səkkizədəd saxta 100 manatlıq əsginas aşkar edilərək götürülüb.

Cəlilabad şəhər sakinləri Nicat Süleymanovun və Yaşar Şükürovun üzərində saxta pul əsginasları aşkar edilib. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış nəticəsində N.Süleymanov və Y.Şükürov saxlanılaraqPolis şöbəsinə gətirilib.

Baxış zamanı N.Süleymanovun üzərindən yeddiədəd, Y.Şükürovun üzərindən isə birədəd 100 manatlıq saxta pul əsginasıaşkar edilərək götürülüb.

Araşdırma zamanı hər iki şəxsin saxta əsginasları satmaq məqsədilə əldə etdiyi məlum olub.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


126 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR