Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) bir qrup tələbə imtahan sisteminə qanunsuz müdaxilə edərək, imtahan suallarını götürüblər.
Universitetdən verilən məlumata görə, iyunun 10-da UFAZ-ın Fransadan dəvət olunmuş daimi fransız müəllimləri tərəfindən yekun imtahan nəticələrinin yoxlanılması zamanı müvəffəqiyyət göstəricisi aşağı olan tələbələrin imtahanda yüksək nəticə əldə etdikləri müəyyən olunub.
UFAZ idarə heyəti tərəfindən dərhal araşdırma aparılıb və həqiqətən də, bir qrup UFAZ tələbəsinin xüsusi kompüter proqramı vasitəsilə riyaziyyat və fizika fənlərini tədris edən müəllimlərin tərtib etdiyi yekun imtahan suallarını və onların cavablarını əvvəlcədən əldə edildiyi müəyyən olunub.
Baş vermiş hadisə ilə bağlı 19 iyun 2019-cu il tarixində ADNSU-nun rektoru, professor Mustafa Babanlı və UFAZ-ın koordinatoru Jean-Marc Planeix UFAZ-ın İdarə heyəti ilə birlikdə II kurs bütün ixtisaslar üzrə təhsil alan tələbələrin fizika və riyaziyyat fənləri üzrə keçirilmiş yekun imtahan nəticələrinin ləğv edilməsi və 27-28 iyun 2019-cu il tarixlərində təkrar imtahanların keçirilməsinə dair qərar qəbul edilib.
Bundan başqa, hadisə ilə bağlı ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədovun başçılığı ilə işçi qrup yaradılıb və 21 iyun tarixində ikinci kurs üzrə təhsil alan bütün tələbələrlə görüş keçirilib. Bu qanunsuz hadisənin günahkarlarının cəzalandırılması üçün araşdırmalar davam edir./oxu.az
© xezerxeber.azXələf Xələfov: "Belə insidentlər təxribat xarakterli deyil" - VİDEO
90 yaşlı qadını soymaq istədi - QULDUR UZAĞA QAÇA BİLMƏDİ - VİDEO
Prezident və ailəsi Heydər Əliyevin məzarını ziyarət edib - VİDEO
12 dekabr – Ümummilli lider Heydər Əliyevin anım günüdür! - VİDEO
Direktorlara və təhsil şöbələrinin müdirlərinə - XƏBƏRDARLIQ - VİDEO
İrandan Azərbaycana narkotik gətirən şəxs saxlanıldı - VİDEO
20 il əvvəl itən məşhur rəsm əsəri muzeyin divarından çıxdı - FOTO
Rusiya paytaxtının sakinlərini sərxoş quşlar barədə xəbərdar etdilər
“YouTube” yeni qaydalar tətbiq edir: hansı videolar ləğv ediləcək?
Qısqanc qadın maşının yük yerində gizlənərək ərini izlədi - FOTO
Şirkət rəhbəri işçilərinə zərf payladı – Görənlər ağladı... - VİDEO
Lənkəranda külli miqdarda narkotik aşkarlandı, saxlanılanlar var
Yaraşıqlı aktyordan aparıcıya şok təklif - Biabır oldu - VİDEO
Bu şəxslərə ŞAD XƏBƏR: maaşları 50 faiz ARTIRILDI - SƏRƏNCAM
Ağ Siçan ili kimlərə düşərli olacaq? - Bayramı necə qarşılamalı?
Dünya şokda: Amerika həkimlərindən bir ilk - Ölünü diriltdilər