Bakıda qadın sürücü dəhşətli qəza törətdi: ÖLƏN VƏ YARALANANLAR VAR

24.06.2019 17:05

Bakının mərkəzində qadın sürücü ağır yol qəzası törədib.

XəzərXəbər xəbər verir ki, iyunun 22-də saat 11 radələrində Səbail rayonunun Z.Əliyeva küçəsində Şəmkir rayon sakini S.Əsgərova idarə etdiyi "Hyundai” markalı avtomobili yolun kənarındakı maneəyə vurub.

Avtomobildəki sərnişinlərdən Bakı şəhər sakini Könül Abbaslı xəstəxanaya aparılarkən yolda ölmüş, sürücü və digər 2 sərnişin xəstəxanaya yerləşdiriliblər.

Səbail RPİ tərəfindən araşdırma aparılır.

© xezerxeber.az


150 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR