Azərbaycanda kişi qadını hədələdi – “SƏNİ GÜLLƏLƏYƏRƏM”

20.06.2019 14:24

Ağsu rayonunda qadını hədələyən şəxsin evindən silah tapılıb.

XəzərXəbər Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyunun 19-da Ağsu RPŞ-yə müraciət edən Ağabəyli kənd sakini olan qadın həmkəndlisi R.Yolçuyevin onu tüfənglə öldürəcəyi ilə hədələdiyini bildirib.

Ağsu RPŞ-nin əməkdaşları tərəfindən R.Yolçuyevin evinə baxış keçirilmiş, bu zaman müvafiq sənədləri olmayan "TOZ-16” markalı tüfəng aşkar edilərək götürülüb.

Araşdırmalar davam etdirilir.


© xezerxeber.az

FOTOQALERIYA






303 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR