Azərbaycanda 3 avtomobil aşdı - ÖLƏNLƏR VAR

19.06.2019 17:25

Son sutka ərzində Azərbaycanda yol qəzalarında 3 nəfər ölüb.

XəzərXəbər xəbər verir ki, iyunun 18-də saat 10 radələrində Xızı rayonu ərazisində Bakı şəhər sakini A.Kamalov idarə etdiyi "Ravon Nexia” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişinlərdən Quba rayon sakini Rəsmiyyə Mirzəyeva hadisə yerində ölüb.

Oxşar hadisə dünən saat 16 radələrində Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində də baş verib. Cəlilabad rayon sakini Elçin İsgəndərov idarə etdiyi "Hyundai” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişinlərdən sürücünün bacısı Gülnar hadisə yerində ölmüş, digər sərnişini, azyaşlı G.İsmayılova xəstəxanaya yerləşdirilib.

Bundan başqa iyunun 18-də saat 17 radələrində Şamaxı rayonunun Çöl Göylər kəndi ərazisində Bakı şəhər sakini Sərdar Məmmədov idarə etdiyi "Dong Feng” markalı yük avtomobilini aşırıb və hadisə yerində ölüb.

Hər bir hadisə ilə bağlı araşdırma aparılır.

© xezerxeber.az


239 dəfə oxunub

XƏBƏRLƏR

21.09.2019 10:54

Bakıda vaqon yanıb

ÇOX OXUNANLAR