Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Azərbaycanda DƏHŞƏT - ana özünü körpəsini parçalayan itin qarşısına atdı

19.06.2019 15:30

Hadisə rayonun Mustafaağalı kəndində qeydə alınıb

Bərdə rayonunun Mustafaağalı kəndində yaşayan Məmmədova Lalə Fəxrəddin qızı bədbəxt hadisə ilə üzləşib. Belə ki, özlərinə məxsus həyətdə paltar yuyarkən qonşudan gələn it onun azyaşlı uşağına hücum edib. Körpəsini qorumaq üçün iti qovmaq istəyən ananın özü də heyvanın hücumuna məruz qalıb. Köməksiz vəziyyətdə olsa da, Lalə Məmmədova iti həyətdən qova bilib. Ancaq, itin hücumu zamanı ana və onun körpəsi xəsarət alıb. Köpək ananın qollarını və ayaqlarını dişləyib. Körpə isə üz nahiyəsindən yaralanıb.

Ana və körpəsi dərhal Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Tibbi yardım göstərilib, quduzluq əleyhinə vaksinləniblər.

Onların vəziyyəti kafi qiymətləndirilir. Lalə Məmmədova və körpəsi evə buraxılıb.

© xezerxeber.az

FOTOQALERIYA






165 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR