Doqquzmərtəbəli binanın liftində YANĞIN - 5 nəfər...

19.06.2019 09:44

Sumqayıt şəhərində doqquzmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində liftin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Şaxtadan keçən elektrik kabelləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

© xezerxeber.az


264 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR