Samuxda qonşular arasında mübahisə qanla bitdi

17.06.2019 11:33

Samux rayonunun Alıuşağı kəndində bıçaqlanma hadisəsi qeydə alınıb.

XəzərXəbər oxu.az-a istinadən bildirir ki, kənd sakini 32 yaşlı Zamin Bayramov qardaşının evində qonşusu Elxan Cəfərovla mübahisə edib. Mübahisə zamanı E.Cəfərov Z.Bayramovu bıçaqlayıb.

Yaralı dərhal yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


226 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR