Bakıda iki avtomobil toqquşub, xəsarət alanlar var - YENİLƏNİB

14.06.2019 17:06

Paytaxtın Yasamal rayonunda 2 minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Səhər saat 10 radələrində kənar dairəvi yolda BMW markalı avtomobil qarşısındakı "Hyundai Tucson” markalı maşına çırpılıb. Nəticədə "Hyundai”ın sürücüsü idarəetməni itirərək dəmir arakəsmələrə dəyib. Qəza zamanı sürücü, 19 yaşlı Esmira Ağamirova və anası 40 yaşlı Səmayə Qurbanova, eyni zamanda "BMW” markalı avtomobildə olan sərnişin, 50 yaşlı Kəmalə Əliyeva müxtəlif bədən xəsarətləri ilə 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb.

***
Saat 10:45

Bakının Yasamal rayonunda avtoqəza olub, 3 qadın xəsarət alıb.

Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, avtomobil bazarının arxasında baş verən qəza zamanı yaralanan 19 və 40 yaşlı qadınlar qapalı kəllə-beyin travması, 50 yaşlı qadın isə başın yumşaq toxumalarının əziyi diaqnozu ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Hazırda yaralıların müayinələri davam edir.

© xezerxeber.az


154 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR