Lənkəranda 17 yaşlı gənc "laqonda" ilə ayaqlarını doğradı

14.06.2019 11:36

Lənkəran rayonunda 17 yaşlı gənc ayaqlarını kəsici alətlə kəsib.

Hadisə Osakücə kəndində baş verib.

Belə ki, 2002-ci il təvəllüdlü Ravil Ramil oğlu Hüseynov hər iki ayağının arxa səthində vətərlərin kəsilmiş-didilmiş yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaxınlarının dediyinə görə, R.Hüseynov yerdə olan "laqonda” ilə əlindəki dəryazı itiləmək istəyirmiş. Lakin ehtiyatsızlıqdan işlək vəziyyətdə olan "laqonda”nın üstünə yıxılıb. Nəticədə ayaq vətərləri kəsilərək çoxlu qan itirən R.Hüseynova ilkin zəruri tibbi yardımlar göstərildikdən sonra Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır./report

© xezerxeber.az


286 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR