Bakıda yetkinlik yaşına çatmayan hamilə qızı əri döydü

13.06.2019 15:43

Bakıda yetkinlik yaşına çatmayan qızı əri döyüb.

XəzərXəbər-in Oxu.Az-a istinadən verdiyi məlumatına görə, hadisə iyunun 12-də Xəzər rayonu, Türkan qəsəbəsində baş verib.

2002-ci il təvəllüdlü İ.A. polisə müraciət edərək bildirib ki, iyunun 12-də gecə saat 01:00 radələrində həyat yoldaşı onun hamilə olduğuna baxmayaraq, qarın nahiyyəsindən təpikləyərək döyüb.

O, 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Vəziyyəti qənaətbəxşdir.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


110 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR