Yardımlıda 6 kiloqram narkotik tutuldu

13.06.2019 13:12

Cinayətin mümkün iştirakçılarının müəyyən olunması istiqamətində istintaq tədbirlər davam etdirilir

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Yardımlı şəhəri Əsədabad küçəsi ev 62-də yaşayan, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Miranov Eldar Allahverdi oğlu saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib. Polis Şöbəsində Eldar Miranovdan 6 kq çəkidə narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanıb. Cinayətin digər mümkün iştirakçılarının müəyyən olunması istiqamətində istintaq tədbirlər davam etdirilir.

© xezerxeber.az


634 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR