Salyanda park ərazisində raket tapıldı

12.06.2019 10:12

Salyan rayonunun Şirvan Milli Parkı ərazisində 1 ədəd mərmi tapılıb.

XəzərXəbər xəbər verir ki, bu barədə məlumat Dövlət Sərhəd Xidmətindən ANAMA-ya daxil olub.

Məlumata əsasən, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və DSX-nin əməkdaşları tərəfindən yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 140 mm-lik M-14 raketi aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Raketin ətrafında 2,000 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

© xezerxeber.az


178 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR