Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Həyətində qonşusunu gördü, arvadına qısqanıb öldürdü — Şabrandakı qətlin MƏHKƏMƏSİ

11.06.2019 15:22

Şabran rayonunda həmyerlisini qətlə yetirməkdə təqsirli bilinən Vüsal hacıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

XəzərXəbər xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin icraatına verilib.

Məhməkə hazırlıq iclası iyun ayının 14-nə təyin olunub.

İttihama görə, ötən il avqustun 12-də Şabran rayonunda 1980-ci il təvəllüdlü Vüsal Hacıyev həmyerlisi, 1982-ci il təvəllüdlü Ruslan Hacıyevi qısqanclıq zəminində qətlə yetirib.

Belə ki, Vüsal Hacıyev evinə gələn zaman Ruslan Hacıyevi həyətində görüb.

Bu zaman Vüsal Hacıyev həmyerlisinin həyat yoldaşı ilə şəxsi münasibəti olduğunu düşünərək ona çoxsaylı bıçaq xəsarətləri yetirib.

Ruslan Hacıyev hadisə yerindəcə ölüb.

Cinayəti törədən Vüsal Hacıyev polis tərəfindən saxlanılıb.

İstintaq orqanı tərəfindən Vüsal Hacıyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Ölkə.Az

© xezerxeber.az


118 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR