İtkin düşdüyü deyilən gənc tapıldı - Evə zəng etməyi unudubmuş

11.06.2019 13:04

3 iyndan etibarən itkin düşdüyü deyilən Ağsu rayon Bənəcik kənd sakini, 22 yaşlı Vəlizadə Əsəd İntiqam oğlundan yeni xəbər var.

Qohumlarının BAKU.WS-ə verdiyi məlumata görə, onun yaxınlarının təlaşa düşməsinə səbəb telefonunun xarab olması və evə məlumat verməməsidir:

"Telefonu düzəltdirmək üçün bir neçə gün işləyib və qazandığı pulla telefonunu düzəltdirib. Düz bir həftə sonra evə zəng edib salamat olduğunu deyib. Məsuliyyətsizlikdən hamını təlaşa saldı. Amma şükür Allaha ki, özü salamatdır”, - deyə yaxınları bildiriblər.


Qeyd edək ki, Əsəd Vəlizadə dostları ilə kirayədə qaldığı evə 1-2 ay öncə köçdüyü və ailəsinin də o evi tanımadığı üçün oranı tapa bilməyiblər.

© xezerxeber.az


121 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR