Bakıda avtomobil 56 yaşlı qadını vurdu

11.06.2019 09:14

Bakının Xətai rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

XəzərXəbər "Report"a istinadən xəbər verir ki, hadisə "Megafun" Əyləncə Mərkəzinin yaxınlığında qeydə alınıb.

1963-cü il təvəllüdlü Əliyeva Sevil Balabəy qızı yolu keçərkən onu avtomobil vurub. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona çanağın, hər iki əlin, yumşaq toxumalarının əziyi və sağ əlin 5-ci barmağının sınığı diaqnozu qoyulub.Yaralı ambulator müalicəyə buraxılıb.

© xezerxeber.az


107 dəfə oxunub

XƏBƏRLƏR

21.09.2019 16:09

Ət idxalı artıb

ÇOX OXUNANLAR