Yasamalda 4 otaqlı ev yandı

10.06.2019 10:53

Bakının Yasamal rayonunda ümumi sahəsi 80 m² olan birmərtəbəli ev yanıb.

FHN-dən XəzərXəbər-ə verilən məlumata görə, 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 24 m² sahədə və mətbəxinin tavanı 2 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

© xezerxeber.az


147 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR