Bakıda kafe yanıb

09.06.2019 11:27

Bakıda yanğın qeydə alınıb.

FHN-dən xezerxeber.az-a verilən məlumata görə, şəhərin Yasamal rayonunda ümumi sahəsi 200 m² olan taxta konstruksiyalardan ibarət tikililərin (kafe, çayxana, dönərxana kimi fəaliyyət göstərir) yanar konstruksiyaları və içərisindəki əşyalar 80 m² sahədə yanıb.

Tikililərin qalan hissəsi və yaxınlıqdakı binalar yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

© xezerxeber.az


137 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR