Bakıda evdən qızıl-zinət əşyaları və seyf oğurlayan şəxs tutulub

08.06.2019 16:17

Paytaxtın Sabunçu rayonunda evdən 4 min manatlıq oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a verilən xəbərə görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən içərisində 3000 manat pul və 1000 manat dəyərində qızıl-zinət əşyaları olan seyfi oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Əliyev saxlanılıb.

© xezerxeber.az


176 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR