Azərbaycanda qadın uşağını baxıcıya verdi, aradan çıxdı - Polis onu axtarır

01.06.2019 11:55

Azərbaycanda ana azyaşlı uşağını atıb.

Bu barədə Oxu.Az-a Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

Onun sözlərinə görə, uşağın anası bu ilin aprelin 4-də rəfiqəsinin vasitəsilə bir qadın tapıb və azyaşlıya baxması üçün ona vəsaitödəyib:

"Uşağın təxminən 3 yaşı var və heç bir sənədi olmadan, müqavilə bağlanmadan baxılması üçün bir qadına verilib. Həmin qadın da pulu ödənilmədiyi üçün hüquq-mühafizə orqanlarınamüraciət edib”.

Kəmalə Ağazadə qeyd edib ki, azyaşlı hüquq-mühafizə orqanları tərəfindən birliyin sığınacağına təhvil verilib:

"Uşaqla söhbət zamanı anasının adının AyselvəGəncə şəhərindən olduğunu ehtimal etdik.Məsələni ictimailəşdirməyimizin səbəbi uşağın anasını tapıb, məhkəmə yolu ilə onun analıqdan məhrum edilməsidir. Uşağa qarşı belə etmək və taleyi ilə oynamaq olmaz. Bəlkə uşaq o qadının deyil? Bəlkə oğurlanıb? Bunlar araşdırılmalıdır”.

© xezerxeber.az


304 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR