Azərbaycanda yoxa çıxan məktəbli tapıldı

31.05.2019 14:18

Cəlilabad rayonunda itkin düşən məktəbli tapılıb.

XəzərXəbər xəbər verir ki, dünən itkin düşən Günəşli kənd sakini 2005-ci il təvəllüdlü Miriyev Mirəli Elman oğlunun ailəsindən bildirilib ki, o, artıq tapılıb.

Səkkizinci sinifdə oxuyan M.Miriyev mayın 30-da saat 08:30 radələrində Günəşli kəndində yaşadığı evdən çıxaraq Cəlilabad rayonunun mərkəzinə gedib və bir daha geri qayıtmayıb.

Onun 1 sutkadan artıq müddətdə harada olması hələlik dəqiqləşməyib.

© xezerxeber.az


239 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR