Bakıda DYP avtomobili qəzaya uğradı

31.05.2019 09:57

Bakıda yol polisi avtomobili qəzaya düşüb.

XəzərXəbər xəbər verir ki, hadisə Yasamal rayonu ərazisində - köhnə Sovetski məhəlləsinin yerində salınmış yemi yolda baş verib. Belə ki, dünən axşam satalarında "Mercedes E Class" markalı minik avtomobili 99 YP 497 dövlət qeydiyyat nişanlı xidməti "BMW"ni arxadan vurub. Hadisə nəticəsində minik avtomobilinə xeyli ziyan dəyib. Həmçinin YPX avtomobilinin arxa hissəsi əzilib. Xoşbəxtlikdən ağır xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


212 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR