Nərimanov rayonunda soyğunçuluq etmiş şəxs saxlanılıb

30.05.2019 15:40

Daxili İşlər Nazirliyinin (DİN) 102 - Zəng Mərkəzi Xidmətinə müraciət edən Bakı şəhər sakini E.Qurbanova mayın 28-də Təbriz küçəsində naməlum şəxsin ona qarşı zor tətbiq edərək qızıl boyunbağısını aldığını bildirib.

DİN-in Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, müraciətlə əlaqədar dərhal Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb.

Soyğunçuluğu törətməkdə şübhəli bilinən Şabran rayon sakini Y.Mürsəliyev keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən saxlanılıb.

Şəxsi axtarış zamanı ondan metamfetamin həbi aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


134 dəfə oxunub

XƏBƏRLƏR

17.07.2019 09:53

İranda zəlzələ olub

ÇOX OXUNANLAR