Saatlıda BƏDBƏXT HADİSƏ - Qolu pambıqtəmizləyən qurğuda qaldı

14.01.2018 13:46

Saatlı rayonunun pambıq zavodunda bədbəxt hadisə baş verib.

XəzərXəbər xəbər verir ki, zavodda işləyən 35 yaşlı Əliabad kənd sakini Musayev Anar Abduləzim oğlunun qol nahiyəsi ehtiyatsızlıqdan pambıqtəmizləyən qurğuda qalıb.

Müxtəlif dərəcəli ağır xəsarətlər alan yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Anar Musayev xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra vəziyyəti ağır olduğu üçün Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır. (report)

© xezerxeber.az


451 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR