Xəzər Xəbər

Musa Məmmədovun kürəkəni güllələndi

Hadisə | 14:49 • 18 Oktyabr 2018
Musa Məmmədovun kürəkəni güllələndi

İstanbulun Beykoz səmtində iş adamı Mustafa Erkin Karamana silahlı hücum olub.

Hadisə ötən axşam saat 20:00 radələrində iş adamı avtomobilində olduğu zaman baş verib.

Hələlik kimliyi məlum olmayan şəxs və ya şəxslər avtomobilə 5 dəfə atəş açaraq hadisə yerindən qaçıblar. İş adamı iki güllə yarası alıb. Beykoz Dövlət Xəstəxanasına yerləşdirilən Karaman daha sonra özəl xəstəxanalardan birinə yerləşdirilib.

Cinayətkarların tapılması üçün araşdırma başladılıb.

Qeyd edək ki, Mustafa Erkin Karaman Azərbaycanın keçmiş baş naziri Artur Rasizadənin sabiq müşaviri Musa Məmmədovun kürəkənidir. O, 2012-ci ildə Günel Məmmədova ilə Çırağan sarayında evlənmişdi./publika.az

Xəbər lenti