Bakı Nəqliyyat
Agentliyinin müdaxiləsi ilə Xətai rayonu İnqilab İsmayılov küçəsində
avtobus dayanacaq məntəqəsinin ətrafına çəkilən dəmir hasar sökülüb. XəzərXəbər xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
Qurum
rəsmisi qeyd edib ki, ərazidə piyadaların və müntəzəm marşrut xəttindən
istifadə edən sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün uyğun
şəraitin yaradılması işləri aparılır.
Qeyd edək ki, əhaliyə rahat və təhlükəsiz nəqliyyat xidmətlərinin göstərilməsini təmin etmək Bakı Nəqliyyat Agentliyinin prioritetlərindəndir. Bu istiqamətdə zəruri olan bütün tədbirlər görüləcək.