Xəzər Xəbər

Ermənilərin Bərdəyə raket atması nəticəsində 5 fərdi evə ciddi ziyan dəyib

Hadisə | 19:40 • 27 Oktyabr 2020
Ermənilərin Bərdəyə raket atması nəticəsində 5 fərdi evə ciddi ziyan dəyib

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutmaqla dağıntı və yanğınlar törətməkdə davam edir.


Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, oktyabrın 27-də Ermənistan silahlı qüvvələrinin ağır artilleriya zərbələri nəticəsində Bərdə rayonunun Qarayusifli kəndində 5 fərdi evə ciddi ziyan dəyib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb edilib. Düşmənin ağır artilleriya atəşləri nəticəsində 13 mülki şəxs xəsarət alıb, 4 nəfər həlak olub.


Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.


Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin 112 – "qaynar” telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.

Xəbər lenti