Xəzər Xəbər

Ermənistan ordusunda acınacaqlı vəziyyət

Hadisə | 17:52 • 26 Oktyabr 2020
Ermənistan ordusunda acınacaqlı vəziyyət

Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatından sonra Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı bir aya yaxındır ki, davam edir. Hərbi əməliyyatlar zamanı düşmənə ciddi zərbələr vuran Ordumuz artıq torpaqlarımızın böyük bir hissəsini işğaldan azad edib. Bütün cəbhəboyu döyüşlərdə ağır itkilər verən düşmən ilk günlərdən yanlış informasiyalarla məğlubiyyətlərini ört-basdır etməyə, Azərbaycan Ordusunun şanlı qələbələrinə kölgə salmağa səy göstərir.


Ermənilər bu dəfə özləri öz yalanlarını ifşa etdilər


Döyüşlərin ilk günlərindən müxtəlif saxta foto və videolar yayan Ermənistan tərəfinə görə, guya ərəb ölkələrindən olan muzdlu və terrorçular Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi geyimlərində Ermənistan ordusuna qarşı döyüşlərə cəlb olunublar. Ermənistanın havadarları da bu kampaniyada işğalçıya dəstək verirlər, lakin bu günə qədər heç bir əsaslı fakt təqdim olunmayıb. Əvəzində isə Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri özlərinin sosial şəbəkə hesablarında heç bir tutarlı arqumentə əsaslanmayan video və fotolar yayıb əsassız ittihamlara yol açmağa çalışırdılar.


Onlar bu cür addımlarla həm də özlərinin terrorçu mahiyyətlərini gizlətməyə cəhdlər edirdilər. Belə ki, PKK terrorçularının və müxtəlif ölkələrdə fəaliyyət göstərən erməni terror təşkilatlarının nümayəndələrinin Ermənistan ordusunun tərkibinə cəlb olunduğuna dair kifayət qədər məlumatlar var.


Ermənistanın müdafiə naziri David Tonoyanın erməni əsgərlərlə çəkdirdiyi foto isə işğalçı ölkənin Azərbaycana qarşı "muzdlu döyüşçü” iddialarını tamamilə alt-üst etdi. Belə ki, müdafiə nazirinin erməni əsgərlərlə çəkdirdiyi fotolar bu ölkənin Müdafiə Nazirliyinin nümayəndəsinin "Facebook” səhifəsində paylaşılır. Fotoda Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının geyiminə bənzəyən formalarda nazirlə yanbayan oturmaları düşmənin yalanlarını ifşa etdi. Daha doğrusu, düşmən bu dəfə özü öz yalanlarını ifşa etmiş oldu.


Erməni əsgərlərinin döyüşmək istəməmələri onların görkəmlərindən bəlli olur


Təqdim olunan həmin şəkillər həm də Ermənistan ordusunda baş verənlər haqqında daha dolğun mənzərə yaradır. Fotoya diqqət etsək əsgərlərin görkəmlərindən onların artıq məğlub olduqları hiss edilir. Digər tərəfdən Ermənistan müdafiə nazirinin qarşısına çıxarılan əsgərlərin nizam-intizam qaydalarına məhəl qoymadıqları görünür ki, bu da ordudakı özbaşınalıqdan xəbər verir.


Eyni zamanda, bir neçə gün əvvəl erməni keşişin əsgərlərlə birgə icra etdiyi dini ayinlə bağlı video yayıldı. Həmin videoda da əsgərlərin ağır ruh düşkünlüyü yaşadıqları, qorxduqları aşkar şəkildə hiss olunur.


Azərbaycan Müdafiə Nazirliyinin yaydığı videogörüntülərdən də aydın görünür ki, hər gün düşmən çoxlu sayda itki verir, Ordumuz torpaqlarını işğalçılardan təmizləyir. Belə olan halda erməni əsgərlərinin hazırkı böhran vəziyyətinin daha da dərinləşəcəyi şübhə doğurmur./azərtac

Rubrikanın digər xəbərləri

Masazırda narkoanbar kimi istifadə olunan ev aşkarlanıb
Masazırda narkoanbar kimi istifadə olunan ev aşkarlanıb həbs edilənlər var
15:42 • 16 Aprel 2024
Masazırda evdən külli miqdarda
Masazırda evdən külli miqdarda OĞURLUQ
10:47 • 16 Aprel 2024
İmişlidə iki nəfəri elektrik cərəyanı vuraraq
İmişlidə iki nəfəri elektrik cərəyanı vuraraq ÖLDÜRDÜ
16:20 • 14 Aprel 2024
Gəncədə yanğın
Gəncədə yanğın ÖLƏN VAR
13:04 • 13 Aprel 2024
Ağdamda mina partlayışı
Ağdamda mina partlayışı YARALANANLAR VAR
15:27 • 12 Aprel 2024
Şəkidə 89 yaşlı piyadanı avtomobil vuraraq
Şəkidə 89 yaşlı piyadanı avtomobil vuraraq ÖLDÜRÜB
08:41 • 12 Aprel 2024

Xəbər lenti