Xəzər Xəbər

Sumqayıtda obyekt sahibi ağac kəsiminə görə cərimələndi

Hadisə | 11:45 • 13 Avqust 2020
Sumqayıtda obyekt sahibi ağac kəsiminə görə cərimələndi

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları Sumqayıt şəhəri, 13-cü mikrorayonda 3 sərv ağacının kəsildiyini müəyyən edib. 


XəzərXəbər xəbər verir ki, bu barədə məlumatı Xidmətin rəis müavini Ramal Bağırov deyib.


O qeyd edib ki, araşdırma zamanı ağacların obyekt tikintisi məqsədilə Sumqayıt şəhər sakini Arif Nadirov tərəfindən kəsildiyi və təbiətə 2 040 manat məbləğində ziyan dəydiyi məlum olub: "Faktla bağlı akt tərtib edilib. Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün toplanmış sənədlər Sumqayıt şəhər Prokurorluğuna göndərilib".

Xəbər lenti