Sumqayıtda silahlı şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, iyulun 5-də Sumqayıt şəhəri 9-cu mikrorayonun ərazisində şəhər sakini V.Abbasov sərxoş halda ov tüfəngi ilə Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və 3-cü polis bölməsinə təhvil verilib.
Ondan 1 ədəd müvafiq sənədləri olan ov tüfəngi, 5 ədəd patron, 1 ədəd bıçaq götürülüb.
Araşdırma aparılır.