Xəzər Xəbər

Abşeronda küllü miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

Hadisə | 12:59 • 7 İyul 2020
Abşeronda küllü miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb

Abşeron polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində dövriyyədən küllü miqdarda narkotik vasitə götürülüb. Belə ki, Novxanı kəndi ərazisində yaşayan rayon sakini İntiqam Qurbanov saxlanılıb. Onun üzərində küllü miqdarda - ümumi çəkisi 3 870 qram olan geroin, dörd büküm digər narkotik vasitə aşkar olunub.


Abşeron Rayon Polis İdarəsindən bildirilib ki, İntiqam Qurbanovun yaşadığı evə baxış keçirilib və oradan 65 ədəd narkotik tərkibli bitki olan çətənə kolu aşkar edilərək, maddi sübut kimi istintaqa təhvil verilib.


Faktla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi açılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti