Xəzər Xəbər

Bakıda dəhşətli hadisə 15 yaşlı oğlanın meyiti tapıldı

Hadisə | 15:02 • 3 İyul 2020
Bakıda dəhşətli hadisə

Bu gün Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonunda 1 nəfərin naməlum şəraitdə dərinliyi təqribən 3 metr olan su hovuzuna düşməsi barədə məlumat daxil olub.


XəzərXəbər xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu 2005-ci il təvəllüdlü Quliyev Rza Qurban oğlunun meyitini hovuzdan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.


Araşdırma aparılır.

Xəbər lenti