Xəzər Xəbər

2 yaşlı uşağı vəhşicəsinə öldürdü, anasını isə... TƏRTƏRDƏKİ DƏHŞƏTLİ OLAYIN TƏFƏRRÜATI

Hadisə | 13:16 • 3 İyul 2020
2 yaşlı uşağı vəhşicəsinə öldürdü, anasını isə...

Ötən gecə Tərtər rayonunda 2 yaşlı uşağın vəhşicəsinə öldürülməsi hadisəsinin təfərrüatları məlum olub.


Publika.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, 2018-ci il təvəllüdlü Ömər Ağazadəni kənd təsərrüfatında alaq təmizləmək üçün istifadə edilən alətlə vururaq qəsdən öldürən 32 yaşlı Elmir Hüseynov uşağın atası ilə dayınəvəsi-bibinəvəsidir.


İlkin araşdırmalar zamanı məlum olub ki, E.Hüseynov uşağın başına zərbələr endirərək onu öldürəndən sonra azyaşlının anasına da hücum edib. Qadına kütəklə zərbələr endirən şəxs onun qolunu sındırıb.


Bildirilir ki, hadisədən əvvəl kənddə "Xırman” adlanan yerdə E.Hüseynov Ö.Ağazadənni atası və digər 4-5 nəfərlə birlikdə söhbət edirmiş. Daha sonra uşağın atası vaxtsız vəfat edən anasının məzarını ziyarət etmək üçün qəbiristanlığa gedib.


Cəmiyyətdə normal adam kimi tanınan və 4 azyaşlı uşaq atası olan Elmir Hüseynov isə məhəllədə qalıb və yaxın qohumlarının həyətində olarkən qəfildən 2 yaşlı uşağa hücum edərək onun başına güclü zərbələr endirib. Bu zaman hadisə yerinə gələn azyaşlının anası da hücuma məruz qalıb.


Qeyd edək ki, hadisəni törədən şəxs Xanqərvənd kəndində deyil, Tərtər şəhərində yaşayır və aradabir qohumlarını görmək üçün kəndə gəlirmiş.

Rubrikanın digər xəbərləri

Xaçmaz bazarında
Xaçmaz bazarında YANĞIN
19:48 • 21 Aprel 2024
Kürdə atası ilə batan uşağın meyiti
Kürdə atası ilə batan uşağın meyiti TAPILDI
10:06 • 21 Aprel 2024
Bakıda oteldə yanğın baş verib
Bakıda oteldə yanğın baş verib
19:50 • 20 Aprel 2024
Taxta bazarında yanğın söndürülüb
Taxta bazarında yanğın söndürülüb YENİLƏNİB-2/FOTO
19:35 • 20 Aprel 2024
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb
Taxta bazarında 800-1000 kvadratmetr ərazi yanıb AÇIQLAMA
19:04 • 20 Aprel 2024
Bakıda oğlan sevgilisini qətlə yetirib
Bakıda oğlan sevgilisini qətlə yetirib YENİLƏNİB
11:36 • 20 Aprel 2024

Xəbər lenti