Xəzər Xəbər

Lerikdə dəhşətli qəzada ölənlərin və yaralananların adları bilindi

Hadisə | 11:40 • 2 İyul 2020
Lerikdə dəhşətli qəzada ölənlərin və yaralananların adları bilindi

Lerikdə baş verən qəzada ölən və yaralanan şəxslərin adları məlum olub.


Qəza zamanı Lerik rayon sakinləri - sürücü, 1977-ci il təvəllüdlü Habil Əzimov və onun sərnişinləri - 1996-cı il təvəllüdlü Təyyar Əliyev və Elnarə İbrahimova hadisə yerində ölüb.


Yaralılar, Lerik rayon sakinləri 1984-cü il təvəllüdlü Mübariz Zeynalov və 2005-ci il təvəllüdlü Şeyda Əzimova xəstəxanaya çatdırılıb. Onların vəziyyətləri ağır qiymətləndirilir.




Faktla bağlı araşdırma aparılır.


***


Lerikdə maşın dərəyə yuvarlanıb, ölənlər və yaralananlar var.


APA-nın verdiyi məlumata görə, qəza rayonun Bürsülüm kəndi ərazisində qeydə alınıb.


UAZ markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.


İlkin məlumata görə, qəza nəticəsində üç nəfər həyatını itirib.


İki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 


Hazırda qəzada ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir.


Faktla bağlı araşdırma aparılır.

Rubrikanın digər xəbərləri

Xəbər lenti