Xəzər Xəbər

Bakıda zavodda dəhşət: Usta dəzgaha ilişib öldü

Hadisə | 11:56 • 22 May 2020
Bakıda zavodda dəhşət:

Bakıda usta faciəli şəkildə ölüb.

XəzərXəbər-in məlumatına görə, hadisə paytaxtın Suraxanı rayonu, Zığ-Aeroport şossesində yerləşən Metalkonstruksiya zavodunda baş verib. Həmin zavodda tornaçı işləyən Nağıyev İlkin İbrahim oğlu iş yerində torna dəzgahında işləyərkən paltarı dəzgahın fırlanan hissəsinə ilişib. O aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda cinayət işi başlanıb.

Xəbər lenti