Xəzər Xəbər

Xaçmazda ağır qəza: Ölü və yaralı var

Hadisə | 10:18 • 4 Aprel 2020
Xaçmazda ağır qəza: Ölü və yaralı var

Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz-Niyazoba yolunda qeydə alınıb. "Hyundai” markalı maşının aşması nəticəsində Xaçmaz şəhər sakini, 1986-cı il təvəllüdlü Əliyev Ramin Rasim oğlu dünyasını dəyişib.

Xəsarət alan Kamran Abbasov isə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, dünyasını dəyişən şəxs Xaçmazda iş adamının oğludur.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti